EN

İrakli Kobaxidze: "Gürcüstan dəmir yollarının ötürücülük qabiliyyəti iki dəfə artırılacaq"

Gürcüstan dəmir yollarının ötürücülük qabiliyyətinin iki dəfə artırılması planlaşdırılır.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti dəmir yolu sektorunda genişmiqyaslı modernizasiya planı həyata keçirməyə hazırlaşır: "Gürcüstan Dəmir Yolları 2026–2028-ci illəri əhatə edən inkişaf planı çərçivəsində ciddi yenilənmə mərhələsinə qədəm qoyacaq. Plan çərçivəsində 50 yeni lokomotiv və 1 500 yeni vaqon alınacaq, eyni zamanda müasir dəmir yolu sistemləri tətbiq ediləcək. Bu addımların əməliyyat proseslərini optimallaşdıracağı və ən əsası, dəmir yollarının ötürmə qabiliyyətini iki dəfə artıracağı vurğulanıb".

Baş nazir əlavə edib ki, sərnişin daşımalarında da ciddi artım gözlənilir: "Belə ki, yaxın illərdə illik sərnişin sayı 2 milyondan 5 milyona çatdırılacaq. Bununla yanaşı, 10 yeni sərnişin qatarının alınması planlaşdırılır. Nəticədə, əsas marşrutlar üzrə reyslərin tamamilə yeni qatarlarla həyata keçirilməsi nəzərdə tutulur ki, bu da həm yerli sakinlər, həm də turistlər üçün daha rahat və sürətli nəqliyyat imkanları yaradacaq".

Chosen
5
4
far.az

5Sources