İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı 10 nəfər saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı da silahlı insident zamanı xəsarət alıb.