EN

Evlərdəki ağlagəlməyən işıq pulu vampir cihazları

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Evimizdəki bəzi cihazlar biz onlardan istifadə etmədiyimiz halda belə səssizcə cibimizə zərər vurmağa davam edir. "Vampir cihazlar" adlandırılan bu alətlər sadəcə elektrik şəbəkəsinə qoşulu qaldıqları üçün enerji istehlak edirlər. Bir çoxumuz televizoru və ya oyun konsolunu pultla söndürməyin kifayət olduğunu düşünsək də, əslində real mənzərə tam fərqlidir.Hər evdə istifadə edilmədiyi halda cərəyana qoşulu qalan orta hesabla 10 belə cihaz var. Xüsusilə böyük ekranlı televizorlar, oyun konsolları, kompüterlər və printerlər gözləmə rejimində olduqda belə işləməyə davam edir. Hətta mətbəxdəki mikrodalğalı sobalar və qəhvə maşınları da gün ərzində "vampir" kimi elektrik enerjisini çəkir. Bu vəziyyət isə ilin sonunda elektrik qəbzlərində heç də kiçik olmayan rəqəmlərlə özünü büruzə verir.Bundan qaçmağın yolu olduqca sadədir. Cihazları yalnız düymədən söndürməklə kifayətlənməyib, onları tamamilə rozetkadan çıxarmaq lazımdır. Hər dəfə bunu etmək çətin gəlirsə, açarlı uzadıcılardan istifadə etmək daha praktik həlldir. Beləliklə, tək bir hərəkətlə bütün "vampirlərin" enerjisini kəsib həm cihazları qoruya, həm də boş yerə pul xərcləməyin qarşısını ala bilərsiniz.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
demokrat.az

2Sources