EN

Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir

Bu əmək yarmarkasında digər yarmarkalardan fərqli olaraq əsasən peşə təhsili müəssisələrinin məzunları və son kurs tələbələri iştirak edir.

AzEdu.az xəbər verir ki, bunu Bakı Regional Məşğulluq filialının müdiri Habil Alıyev jurnalistlərə açıqlamasında qeyd edib.

180914

O bildirib ki, yarmarkada 30-dan çox müəssisə tərəfindən 300-dən artıq vakansiya təqdim olunur. Vakansiyaların əksəriyyəti sənaye sahəsi üzrə peşələri əhatə edir. Burada iştirak edən vətəndaşlar əmək bazarının tələblərinə uyğun peşə və bacarıqlara malik şəxslərdir və onlar özlərinə uyğun iş imkanlarını dəyərləndirirlər.

“Həmin yarmarkanı biz işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaq və vakansiyaların əlçatanlığını təmin etmək məqsədilə təşkil edirik. Məqsədimiz əmək bazarının tələblərinə uyğun kadrlarla işəgötürənləri təmin etmək, eyni zamanda işsiz və işaxtaran şəxslərin iş imkanlarına çıxışını asanlaşdırmaqdır. Əvvəllər vətəndaşlar müəssisələri özləri axtarırdısa, indi biz müəssisələri onların yanına gətiririk və bu, məşğulluq baxımından daha effektiv nəticə verir”, - deyə Habil Alıyev əlavə edib.

O qeyd edib ki, yarmarkadan sonra müraciət edən şəxslərin CV-ləri toplanır və növbəti 30 gün ərzində onların işlə təmin olunma prosesi izlənilir. Əgər namizədin peşə və bacarıqları mövcud vakansiyalara uyğun gəlməzsə, Bakı Regional Məşğulluq filialı onların digər sahələr üzrə işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Chosen
5
azedu.az

1Sources