
Təxminən 15 ölkə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün İranla koordinasiya edilməsi planlaşdırılan missiyanın hazırlanması ilə məşğuldur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron respublikanın Milli Müdafiə Şurasının iclasında məlumat verib.
"Artıq 15-ə yaxın ölkə prosesə cəlb olunub və Fransanın rəhbərliyi altında, gəmiçiliyin bərpasına kömək etmək üçün müvafiq şərait yarandıqda İranla koordinasiyalı şəkildə həyata keçiriləcək tamamilə müdafiə xarakterli missiyanın planlaşdırılmasında iştirak edir", — deyə Fransa lideri bildirib. Onun çıxışı "X" platformasında yayımlanıb.
O, həmçinin İranın "Hörmüz boğazını blokadadan çıxarmağa hazır olmasını" və Vaşinqtonla Tehran arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.
Məryəm Quliyeva