EN

İranın qalib davranışı Trampı özündən çıxardı



ABŞ prezidenti Donald Tramp CNN-i İranın Ali Milli Təhlükəsizlik Şurasının ABŞ üzərində qələbə ilə bağlı yalan iddia dərc etməkdə ittiham edib. Amerika lideri bu barədə sosial media platforması TruthSocial-da yazıb.

"CNN World News tərəfindən dərc edilən iddia saxtakarlıqdır və CNN bunu yaxşı bilir", - yazan Tramp statusunda yazıb.

Bu iddianın "Nigeriyadan gələn saxta xəbər saytı" ilə əlaqəli olduğunu iddia edən Tramp şəbəkədən paylaşımı silməyi tələb edib və mümkün qədər tez araşdırma aparacağına söz verib.

Qeyd edək ki, daha əvvəl Tramp ABŞ və İranın iki həftəlik atəşkəs barədə razılığa gəldiyini, ABŞ-ın İrandan danışıqlar üçün işlək əsas ola biləcək 10 maddəlik təklif aldığını iddia edib. Bunun ardınca İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-a qarşı müharibədə qələbəsini elan edib. İran TŞ- nın məlumatına görə, ABŞ Hörmüz boğazına nəzarəti Tehrana buraxmağa, ona kompensasiya ödəməyə, sanksiyaları ləğv etməyə, uranı zənginləşdirməyə davam etməyə və qoşunları Yaxın Şərqdən çıxarmağa razılaşıb.

SAMİRƏ

Chosen
11
baki-xeber.com

1Sources