EN

Rəsmi Pekin: Əfqanıstan və Pakistan hərtərəfli həll yolunu tapmaq barədə razılığa gəlib

Çinin Urumçi şəhərində keçirilən danışıqlar zamanı Əfqanıstan və Pakistan münaqişənin həlli üçün kompleks yanaşmanı müzakirə etməyə razılıq verib.

APA xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin jurnalistlər üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər Çin ərazisində keçirilən görüşlərdə vəziyyəti gərginləşdirə və ya daha da mürəkkəbləşdirə biləcək addımlardan çəkinmək barədə də razılığa gəliblər.

Chosen
1
4
apa.az

5Sources