EN

İran əvvəllər hər kəs üçün açıq olan Hörmüzdən indi milyardlar qazana bilər


Tehran boğazdan keçidə rüsum tətbiqini gündəmə gətirir.


Musavat.com xəbər verir ki, İran dövlət yayım qurumu IRIB-in siyasi informasiya şöbəsinin rəhbəri Həsən Abedini Hörmüz boğazından keçən gəmilərdən rüsum alınacağı təqdirdə ölkənin illik böyük gəlir əldə edə biləcəyini bildirib.

Onun sözlərinə görə, ötən il bu strateji su yolundan təxminən 32 min gəmi keçib. Əgər hər bir gəmidən 2 milyon dollar rüsum alınarsa, İranın illik gəliri 64 milyard dollara çata bilər.

Abedini qeyd edib ki, bu mexanizm Tehranın ABŞ-la aparılan danışıqlarda irəli sürdüyü 10 maddəlik planın tərkib hissəsi kimi nəzərdən keçirilir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətində mühüm rol oynayır və burada mümkün hər hansı dəyişiklik qlobal bazarlara ciddi təsir göstərə bilər.

Musavat.com

Chosen
10
musavat.com

1Sources