ain.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, 04.06.2025 – 18.07.2025-ci il tarixlərində "Modenis"də həyata keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Bununla bağlı şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.