EN

Oğru aləmi ilə əlaqəli 44 nəfər saxlanıldı Böyük ƏMƏLİYYAT

ain.az bildirir, Lent az portalına istinadən.

Gürcüstan polisi son 24 saat ərzində ölkədə “qanuni oğru aləmi” ilə əlaqəli 44 nəfəri saxlayıb. 

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə nazir müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Daha 6 nəfərə, o cümlədən xaricdə yaşayan 1 “qanuni oğruya” qarşı ittiham qiyabi şəkildə irəli sürülüb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər “oğru söhbətləri” adlanan görüşlər təşkil edir, bu zaman isə “qanuni oğru” Mamuka Şubitidze də daxil olmaqla, kriminal aləmin nümayəndələri ilə əlaqə saxlayıblar.

Sonuncu şəxs qazanc əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə və kriminal mübahisələr üzrə “oğru qaydalarına” uyğun qərarlar qəbul edir, bundan sonra isə tərəfləri pul ödəməyə məcbur edirmiş. Onun pul ödəyənlərə "qoyduğu vaxt" keçəndə isə fiziki zorakılıq və ölüm ilə hədələyirmiş.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər “qanuni oğru”nun adından Tbilisi və Kaxeti sakinlərindən pul tələb edirmişlər.

Sübut kimi avtomobil, odlu silah, döyüş sursatları, telefonlar və cinayətkar qrup üzvləri ilə xaricdə olan “qanuni oğru” arasında əlaqə saxlanılan kompüter texnikası müsadirə edilib.

İstintaq “oğru aləminə üzvlük”, “oğru aləminə dəstək”, “oğru söhbətlərində iştirak” və “qanuni oğru” maddələri üzrə aparılır. Onları 15 ilə qədər həbs cəzası gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
lent.az

1Sources