EN

Gürcüstanda miqrasiya REYDİ: 97 nəfər ölkədən ÇIXARILACAQ

Gürcüstanda son günlər 97 qeyri-leqal miqrant saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində genişmiqyaslı yoxlamalar keçirilib.

Reydlər zamanı qeyri-leqal miqrantların yaşadıqları mənzillər və çalışdıqları müəssisələr nəzarətə götürülüb.

Keçirilən tədbirlər nəticəsində ölkədə qanuni əsas olmadan yaşayan 97 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında Türkiyə, Çin, Misir, Hindistan, Türkmənistan, Pakistan, Keniya, Sudan, Özbəkistan, Filippin, Banqladeş, İordaniya, Rusiya, Somali və Tayland vətəndaşları var.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
18
interpress.az

1Sources