Mingəçevirdə qadın ikinci mərtəbədən yıxılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə 20 Yanvar küçəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Mirşəbnəm Məmmədova hündürmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
"Cebheinfo.az"