Avropa Xarici Əlaqələr Xidmətində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın aprelin 8-9-da Səudiyyə Ərəbistanına səfəri təsdiq edilib.
"Far.Az" xəbər verir ki, Ər-Riyadda Kallas ölkənin xarici işlər naziri şahzadə Feysal bin Fərhan Əl Səud ilə görüş keçirəcək.
Bundan əlavə, Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi və digər rəsmi şəxslərlə danışıqlar planlaşdırılıb.