BAKI, 8 aprel. TELEQRAF
Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 19-u qız, 21-i oğlandır.
"Yaş bölgüsünə gəldikdə isə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş aralığında, 8-i 7-11 yaş aralığında, 4-ü isə 12-18 yaş aralığındadır", - məlumatda qeyd olunub.