EN

Abşeron rayonunda yeni yarımstansiya tikiləcək

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib. Belə ki, görləcək işlər çərçivəsində Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 6/0,4 kilovoltluq 919 saylı Paylayıcı Qurğunun əvəzinə 35/6 kilovoltluq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulur.

“Azərişıq” ASC hazırda sözügedən işlərin icrasını həyata keçirəcək şirkəti müəyyənləşdirməkdədir. Məlumata əsasən, yeni yarımstansiyanın tikintisinin 4,1 milyon manata başa gələcəyi proqnozlaşdırılır.

 

Chosen
2
3
xalqqazeti.az

7Sources