EN

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-dəQazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevivə nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

Trend xəbər verir ki,Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfliəlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyiniməmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlısəfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbulolunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana,Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndəheyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha dayaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialınımöhkəmləndirdiyini dedi.

Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarındantam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, bir neçə layihəninartıq işlənmə mərhələsində olduğunu vurğuladı və AzərbaycanlaQazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaqpotensialına toxundu.

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyatnazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığınıifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlərnaziri dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarınıdedi.

Yermek Koşerbayev Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayevin salamlarını dövlətimizin başçısınaçatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahişetdi.

Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətləyanaşıldığını vurğuladı.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çoxsahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika,investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlərüzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığındaha da genişləndirilməsi üçün yaxşı imkanların olduğubildirildi.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi vəfiber-optik xətti layihələrinə toxunuldu, bu çərçivədə AzərbaycanlaQazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmaprosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsininregional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeydedildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlutərəfdaşlığı vurğulandı və qarşılıqlı maraq doğuran digərməsələlərə dair fikir mübadiləsi aparıldı.

Chosen
1
49
az.trend.az

10Sources