EN

"Cəfər Cabbarlı" stansiyasında piyada keçidi yeni tədris mövsümünə qədər istifadəyə veriləcək (FOTO)

Bakı.Trend:

"Cəfər Cabbarlı" stansiyasında xətlərin ayrılması layihəsiçərçivəsində
yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasınabirbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq.

Bu barədə Trend-ə“Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bununla da sərnişin axınını “Dərnəgül” və “Xətai”istiqamətinə ayırmaqla “28 May” stansiyasında daha nizamlı vətəhlükəsiz hərəkət təmin olunacaq.

“Bu keçid “28 May” stansiyasına daxil olan sərnişinləringiriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq.Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasından istifadə etməklə ənqısa yolla “28 May” stansiyasının platformasına daxil olabiləcəklər. Beləliklə, “28 May” stansiyasının giriş qapısındagözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətlidaxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığınyaranmasının qarşısı alınacaq.
Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelinquraşdırılması artıq tamamlanıb”.

Qurumdan qeyd edilib ki, hazırda “28 May” stansiyasınınplatforması ilə birləşmə hissəsində işlər davam edir.

Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkasqurularaq betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yenitədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Məqalədə:
Chosen
29
3
az.trend.az

1Sources