EN

“Bavariya”nın futbolçusundan yeni rekord

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın “Bavariya” komandasının futbolçusu Maykl Olise tarixə düşüb.

Hafta.az xəbər verir ki, o, XXI əsrdə Avropanın Top-5 liqalarında çıxış edən klublar arasında bir mövsümdə 25 məhsuldar ötürmə edən ilk fransalı oyunçu olub. O, bu göstəriciyə ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldikləri matçda imza atıb.

Əvvəlki rekord 2011/2012-ci illər mövsümündə 24 məhsuldar ötürmə ilə Frank Riberiyə məxsus idi.

Qeyd edək ki, “Bavariya” və “Real Madrid” arasında cavab oyunu aprelin 15-də Münxendə keçiriləcək.

Chosen
1
2
hafta.az

3Sources