EN

Türkiyəyə qarşı plan: Afina və Təl-Əvivdən yeni hərbi razılaşma

Yunanıstan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi balansı dəyişmək istiqamətində addımlarını sürətləndirir. Afina hökuməti İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək yeni saziş imzalayıb.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, məlumata görə, iki ölkənin müdafiə nazirləri arasında əldə olunan hökumətlərarası razılaşmaya əsasən, Yunanıstan İsraildən PULS çoxlüləli raket buraxıcı sistemlərinin alınmasına başlayıb.

Yunanıstan mediası yazır ki, təxminən 750 milyon dollar dəyərində olan bu müqavilə Türkiyənin “Bora” və TRG-300 raket sistemlərinə cavab kimi qiymətləndirilir.

Bildirilir ki, əsas məqsəd Meriç çayı və Egey dənizi istiqamətində müdafiə xəttini gücləndirməkdir. Alınacaq PULS sistemləri 3 milyard avro büdcəyə malik və gələn il istifadəyə verilməsi planlaşdırılan “Axilles qalxanı” hava hücumundan müdafiə sisteminə inteqrasiya ediləcək.

Saziş çərçivəsində İsrailin 18 ay ərzində Yunanıstana 36 ədəd buraxılış qurğusu təhvil verəcəyi qeyd olunur. Müqaviləyə həmçinin geniş sursat təminatı, logistika dəstəyi və şəxsi heyət üçün təlim proqramları da daxildir.

Chosen
12
publika.az

1Sources