İstanbulda narkotik araşdırmasında adı hallanan məşhur aktrisa Hande Erçelin məhkəmə-tibbi rəyinin nəticələri açıqlanıb.
Milli.Az xəbər verir ki, Məhkəmə Tibb İnstitutu tərəfindən aparılan testlərdə narkotik istifadəsinə dair heç bir dəlil aşkar edilmədiyi və test nəticəsinin mənfi olduğu məlum olub.
Digər şübhəlilərlə bağlı istintaqın davam etdiyi bildirilib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir neçə məşhur şəxs saxlanılıb və dindirilib, şübhəlilərdən analiz üçün qan və saç nümunələri götürülüb. İstintaqda adı hallanan Erçel Türkiyəyə qayıdıb, prokurorluğa ifadə verib və daha sonra məhkəmə-tibbi müayinələrdən keçib. Aktrisa prokurorluğa verdiyi ifadədə iddiaları rədd edərək, həyatının heç bir dövründə narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmədiyini bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
