EN

İngiltərə klubu 65 ildən sonra Çempionşipə qayıdıb

Bakı, 8 aprel, AZƏRTAC

İngiltərənin "Linkoln Siti" klubu 65 ildən sonra Çempionşipə qayıdıb.

AZƏRTAC xəbər verir ki, komanda mövsümün bitməyinə 6 tur qalmış üçünü yerdə olan rəqibi “Bredford Siti” ilə xal fərqini 19-a yüksəldərək, vəsiqəni təmin edib.

"Linkoln Siti", həmçinin ardıcıl 24 oyundur məğlub olmur. Komanda 90 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi olan “Kardiff”in 78 xalı var.

Chosen
24
2
azertag.az

3Sources