EN

Hindistan fond bazarı ABŞ və İran arasında atəşkəs xəbərləri fonunda yüksəlib

Hindistan fond bazarı ABŞ və İran arasında müvəqqəti atəşkəs elanından sonra kəskin artım nümayiş etdirib. Bu barədə The Economic Times qəzeti məlumat yayıb.

Bombey Fond Birjası və Milli Fond Birjasının əsas indeksləri — BSE SensexNifty 50 — 2,7–2,8 min bənd artıb. Ümumi artım 3%-dən çox olub.

İnvestorların əhval-ruhiyyəsinə Yaxın Şərqdə vəziyyətin inkişafı ilə bağlı xəbərlər müsbət təsir göstərib. Bundan əlavə, analitiklər bazarın yüksəlişinin əsas səbəblərindən biri kimi neft qiymətlərinin enməsini göstəriblər ki, bu da enerji resurslarının böyük idxalçısı olan Hindistan üçün xüsusilə müsbət amildir. Həmçinin milli valyuta da cüzi şəkildə möhkəmlənib.

The Economic Times qeyd edib ki, artımın davamlılığı atəşkəsin qorunub saxlanılmasından və ölkə daxilində makroiqtisadi siyasətdən asılı olacaq.

Chosen
17
banker.az

1Sources