EN

Müctəba Xamenei atəşkəs elan edib

İranın yeni Ali Lideri Müctəba Xamenei bütün İran hərbçilərinə dərhal atəşkəs barədə əmr verib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, müvafiq əmrin mətni ABŞ prezidenti Donald Trampın Vaşinqton və Tehranın atəşkəs barədə razılığa gəldiyini bildirməsindən təxminən iki saat sonra dövlət xəbər kanalı “IRIB”-də səsləndirilib.

"Bu, müharibənin sonu deyil, lakin bütün hərbi bölmələr Ali Liderin əmrinə riayət etməli və atəşi dayandırmalıdır" - Müctəba Xameneinin əmrində belə deyilir.

Bu arada, AP-nin məlumatına görə, çərşənbə günü səhər İraqın paytaxtı Tehranda küçələrdəki hökumətyönlü nümayişçilər atəşkəs elanı fonunda "Amerikaya ölüm, İsrailə ölüm, kompromisçilərə ölüm!" şüarları səsləndiriblər. Onlar həmçinin ABŞ və İsrail bayraqlarını yandırıblar.

ABŞ prezidenti Donald Tramp, İran İslam Respublikasının Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmaq razılığı şərti ilə, İran üzərində bombardmanları və hücumları 2 həftəlik dayandırmağı qəbul edib.

ABŞ-dan sonra İran və İsrail də iki həftəlik atəşkəsə razılaşıblar. ABŞ və İran arasında ilk birbaşa danışıqlar raundu aprelin 10-da Pakistanın paytaxtı İslamabadda planlaşdırılıb.

Almaz Həsənli

Chosen
13
1
oxumeni.az

2Sources