EN

Bir sutkada toplananların siyahısı narahatlıq yaratdı - Polisdən əməliyyat

Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara, 12 tüfəng, 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Telegram kanalımız
Chosen
7
9
yenisabah.az

10Sources