EN

ABŞ və İran arasında danışıqlar aprelin 10-da İslamabadda baş tuta bilər - KİV

ABŞ və İran arasında danışıqların ilk raundunun aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens, xüsusi nümayəndə Stiven Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin İslamabadda İranla keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak edəcəyi gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Chosen
38
46
missiya.az

10Sources