EN

Bakıda yarım milyona “BYD” satılır

Azərbaycanda daha bir diqqətçəkən maşın elanı yerləşdirilib.

Hit.az xəbər verir ki, bu dəfə satışa çıxarılan avtomobil “BYD”-dir.

Daha dəqiq desək, “BYD”-nin “Yangwang U9” modelindən söhbət gedir. Qiyməti isə 500 min manatdır. 2026-cı il istehsalı olan maşın 0 kilometr yürüş məsafəsinə sahibdir. 1306 at gücündə olan maşın elektro mühərriklə təchiz olunub. Onun 0-dan 100 kilometr sürətə cəmi 2,6 saniyədə çatdığı bildirilib. 30-dan 80 faizə dolma müddəti isə 10 dəqiqə olaraq göstərilib. Həmçinin, avtomobilin Bakıya 35-55 ərzində sifarişlə gətirildiyi elanda qeyd olunub.

Aslan 
 

Chosen
14
hit.az

1Sources