EN

Litvanın Baş naziri Azərbaycana gəlir

Litvanın
Litvanın Baş naziri İnqa Ruginiene sabah Azərbaycana rəsmi səfərə gələcək. 1news.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində Litva hökumət başçısının Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, Baş nazirin Azərbaycanda yaşayan Litva icmasının üzvləri ilə görüşəcəyi və bir sıra mədəni tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Chosen
9
7
1news.az

8Sources