EN

Litvanın Baş naziri Azərbaycana səfər edəcək

Litvanın Baş naziri İnqa Ruginene aprelin 9-da Azərbaycana səfər edəcək.

Bu barədə Missiya.Az-a Litvanın Bakıdakı səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan bildirilib ki, səfər çərçivəsində Litvanın Baş naziri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Chosen
18
11
missiya.az

10Sources