EN

Litva Baş naziri Azərbaycana gəlir

Litva Baş naziri İnqa Ruginiene sabah Azərbaycana rəsmi səfərə gələcək.

APA xəbər verir ki, bu barədə Litva səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Litva Baş nazirinin Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yönələcək.

Bundan əlavə, Baş nazir Azərbaycandakı Litva icmasının üzvləri ilə görüşəcək və mədəni tədbirlərdə iştirak edəcək.

Chosen
12
7
apa.az

8Sources