Şirvanda restoranda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şəhər ərazisində yerləşən ictimai iaşə obyektlərindən birində baş verib. Zərərçəkənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.