EN

Vaşinqton və Tehran birbaşa danışıqlarının DETALLARI AÇIQLANDI

ABŞ və İran nümayəndələri arasında cümə günü Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən danışıqlar birbaşa olacaq.

Ölkə.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.
ABŞ və İran arasında sülh sazişi üzrə danışıqların ilk mərhələsi cümə günü Pakistan paytaxtı İslamabadda keçiriləcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik bombardmanı dayandırmağı Pakistanın Baş naziri Şehbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munirlə danışıqlardan sonra verildiyini bildirilib.

Danışıqlarda  10 maddəlik  atəşkəs və sülh planı müzakirə olunacaq. 
İranın xarici işlər naziri Abbas Əraqçi öz növbəsində X səhifəsində ABŞ-ın razılaşdığı 10 bənddən ibarət siyahı dərc edib. 10 bəndlik tələblər aşağıdakılardır:
 təcavüzdən imtina; 

İranın Hörmüz boğazı üzərində nəzarətini qorumaq;
 uranın zənginləşdirilməsinə razılıq; 
bütün əsas sanksiyaların ləğvi; bütün ikinci dərəcəli sanksiyaların ləğvi; 
BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi; 
MAQATE İdarə Heyətinin bütün qətnamələrinin ləğvi; 
İrana kompensasiya ödənilməsi;
Amerika qoşunlarının bölgədən çıxarılması;

Livanda Hizbullaha qarşı müharibə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoymaq.

“Pars Today”in yazdığına görə, Tramp tehranın 10 maddəlik sülh şərtini qəbul edib.

Chosen
3
olke.az

1Sources