EN

Maşın restorana çırpılıb- Xəsarət alanlar olub

Mingəçevirdə avtomobil restorana çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, Füzuli küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı sürücü və iki sərnişin xəsarət alıb.

Belə ki, idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil səkiyə qalxaraq, “Qala” restoranı yerləşən binaya çırpılıb.

Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Qurban İsmayılov və avtomobildə olan sərnişinlər - 2006-cı il təvəllüdlü Ruslan Əhmədov,  2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
2
2
ekologiya.az

2Sources