EN

Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Neft, ABŞ Prezidenti Donald Trapın İrana qarşı genişmiqyaslı bombardmanı dayandırması və ABŞ-İran müharibəsində iki həftəlik atəşkəs elan etməsindən sonra kəskin şəkildə ucuzlaşıb.

Tramp “Truth Social” platformasında etdiyi paylaşımda bildirib:

“İrana qarşı bombardman və hücumları iki həftəlik müddətə dayandırmağa razılaşıram.”

Tramp açıqlamada qeyd edib:

“Bu, qarşılıqlı bir ATƏŞKƏS olacaq! Bunun səbəbi ondan ibarətdir ki, biz artıq bütün hərbi hədəflərimizə nail olmuşuq və hətta onları aşmışıq. Eyni zamanda İranla uzunmüddətli yekun sülh razılaşması və Yaxın Şərqdə sülh istiqamətində xeyli irəliləyiş əldə etmişik.”

Brent markalı neft üzrə fyuçerslər 16%-dən çox ucuzlaşaraq bir barel üçün 90,78 dollara qədər geriləyib. ABŞ xam nefti (WTI) üzrə fyuçerslər də 16% azalaraq 94 dolların bir qədər üzərində ticarət olunub.

Xəbərdən sonra fond bazarlarında isə yüksəliş qeydə alınıb. S&P 500 və Nasdaq 100 fyuçersləri təxminən 2% artıb, Dow Jones Industrial Average fyuçersləri isə 900 punktdan çox yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
marja.az

2Sources