EN

Media: İslamabaddakı danışıqlarda Vens, Uitkoff və Kuşner iştirak edəcək

Media: İslamabaddakı danışıqlarda Vens, Uitkoff və Kuşner iştirak edəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin İslamabadda planlaşdırılan sülh danışıqlarında iştirakı gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə CNN telekanalı Amerika administrasiyasının rəsmilərinə istinadən məlumat verib.

Bildirilir ki, danışıqlar vasitəçi qismində çıxış edən Pakistan nümayəndələrinin iştirakı ilə keçiriləcək. Hazırda Macarıstanda olan Ceyms Devid Vensin xarici səfər proqramına İslamabadın da əlavə edilə biləcəyi vurğulanır.

Qeyd edək ki, bu görüşlərin regiondakı gərginliyin azaldılması və tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətində mühüm addım olacağı gözlənilir.

Chosen
43
afn.az

1Sources