EN

İran Hörmüz boğazının açılmasına razılıq verdi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“İran Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Qeyd olunur ki, bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.

Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.

ABŞ Prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
11
qafqazinfo.az

10Sources