Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və Fars körfəzi, Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Onlar regiondakı son hadisələri müzakirə ediblər:
"Pakistanın regionda sülh və sabitliyi möhkəmləndirmək istiqamətindəki son səyləri ilə bağlı məlumat verilib, dialoq və diplomatik təmasları təşviq etmək üzrə davamlı qətiyyət vurğulanıb.
Deputy Prime Minister/Foreign Minister Mohammad Ishaq Dar, @MIshaqDar50, had a telephonic conversation tonight with the Foreign Minister of Türkiye, Hakan Fidan, @HakanFidan.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 7, 2026
They discussed the latest developments in the region.
DPM/FM highlighted Pakistan’s continued resolve… pic.twitter.com/kqrQuspTWb