EN

ABŞ və İsrail İranda iki zavoda zərbə endirdi

ABŞ və İsrail İranın Ərak şəhərindəki alüminium zavoduna və Bəndər-Mahşəhrdəki "Fajr" neft-kimya kompleksinə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Aprelin 7-də ABŞ və İran yenidən bir-birlərinə əvvəlkindən daha ciddi təhdidlərlə xəbərdarlıq ediblər. İlk bəyanatı ABŞ Prezidenti Donald Tramp verərək bildirib ki, bu gecə bir daha heç vaxt bərpa olunmayacaq bütöv bir sivilizasiya yox olacaq. Cavab olaraq Tehran qeyd edib ki, 14 milyon vətəndaş İranın müdafiəsinə qalxmağa hazırdır və Birləşmiş Ştatlar "qırmızı xətləri" keçərsə, hərbi əməliyyatlar regionun hüdudlarından kənara çıxacaq.

Chosen
21
50
publika.az

10Sources