EN

Xamenei atəşkəs qərarını təsdiqlədi

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə atəşkəsi qəbul edib

"Unikal" xəbər verir ki, bu barədə İranın üç rəsmisi "The New York Times"a açıqlayıb. 

Məlumata görə, Pakistanın diplomatik səyləri və əsas müttəfiqi olan Çinin son anda müdaxiləsindən sonra, tərəflər İrandan çeviklik göstərməyi və gərginliyi azaltmağı xahiş ediblər. Kritik infrastruktura dəyən ziyanın iqtisadi dağıntıları ilə bağlı artan narahatlıqlar fonunda Pakistanın iki həftəlik atəşkəs təklifi qəbul edilib.

Onlar atəşkəsin yeni ali lider Ayətullah Müctəba Xamenei tərəfindən təsdiqləndiyini bildiriblər.

Ağarza Elçinoğlu

Chosen
7
19
unikal.az

10Sources