İranın vitse-prezidenti Rza Aref ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda ölkəsinin bütün ssenarilərə hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün X sosial şəbəkə hesabında paylaşım edib.
“Hökumət bütün ssenarilərə hazırdır, bütün zəruri tədbirlər görülüb”, - deyə Aref qeyd edib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp İran sivilizasiyasının məhv edilə biləcəyi ilə bağlı hədələr səsləndirib.
Ağarza Elçinoğlu