EN

Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib

Ağ Ev, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident JD Vensin açıqlamalarından sonra gündəmə gələn “ABŞ-ın İranda nüvə silahından istifadə edə biləcəyi” ilə bağlı iddiaları təkzib edib.

Ağ Evin sosial media platformasındakı “Rapid Response 47” adlı hesabı vasitəsilə yayılan açıqlamada, Tramp və Vensin sözlərindən sonra ortaya atılan nüvə silahı iddialarına cavab verilib.

Açıqlamada bildirilib ki, vitse-prezident Vensin Macarıstanda səsləndirdiyi və “Trampın İranla bağlı bütün variantları nəzərdən keçirdiyi” sözləri bir media platforması tərəfindən “ABŞ İranda nüvə silahı istifadə edə biləcəyinə işarə edir” başlığı ilə təqdim olunub və buna etiraz edilib.

Ağ Ev sözügedən xəbəri sitat gətirərək nüvə silahı ehtimalını rədd edib və bildirib: “Vitse-prezidentin burada dediyi heç nə bunu işarə etmir”.

Tramp isə sosial media hesabında etdiyi paylaşımda, İrana verdiyi müddətin sonunda razılaşma əldə olunmasa, “bir sivilizasiyanın (mədəniyyətin)  sona çatacağı” ilə bağlı təhdid səsləndirmişdir.

Macarıstana səfəri zamanı çıxış edən vitse-prezident JD Vens də Trampın bu sözlərinə istinad edərək, “Prezidentin bütün variantları əlində saxladığını və lazım gələrsə onlardan istifadə edə biləcəyini” bildirib.

Bəzi media qurumları isə həmin variantlar arasında “nüvə silahından istifadənin də mümkün ola biləcəyini” irəli sürmüşdü.

Chosen
29
1
marja.az

2Sources