EN

Ərdoğan İranın qardaş ölkələrə münasibətini qınadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı reallaşıb. Metbuat.az xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri, Yaxın Şərqdəki vəziyyəti və Ukrayna münaqişəsini müzakirə ediblər. Bu barədə Türkiyənin Prezident Aparatından açıqlama verilib. Məlumata görə, Ərdoğan Türkiyə ilə İspaniya arasında bütün sahələrdə, xüsusən də müdafiə sahəsində həmrəyliyin hər iki ölkə xalqı tərəfindən alqışlandığını və məqsədin münasibətləri daha da inkişaf etdirmək olduğunu bildirib. O, İranın tamamilə məhv edilməsinə yönəlmiş hərəkətləri bəyənmədiyini və İranın bölgədəki qardaş ölkələrə münasibətini də düzgün hesab etmədiyini vurğulayıb. Ərdoğan bildirib ki, tərəflər sülhü qəbul etməli və diplomatiyaya üstünlük verməlidir.

Ərdoğan həmçinin qeyd edib ki, İsrailin Qəzzada və digər yerlərdə qanunlara etinasızlığı dayandırılmasa, regionda sülhü təmin etmək mümkün olmayacaq.

Chosen
24
1
metbuat.az

2Sources