EN

“Beşiktaş”da ciddi itki

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Vilfred Ndidi zədələnib. Nigeriyalı yarımmüdafiəçi Super Liqanın 28-ci turunda “Fənərbaxça” ilə oyunda (0:1) xəsarət alıb. Onun ayaq əzələsində gərilmə və qanaxma aşkarlanıb.

Qeyd edək ki, Ndidi mövsümün əvvəlində “Lester Siti”dən transfer olunub və bu mövsüm 26 matçda 2 qol, 1 assist edib.

Chosen
17
2
idmanxeber.az

6Sources