EN

Trampdan Pakistanın müraciətinə cavab: "O, çox hörmətli adamdır"

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərifin İrana qoyulan ultimatumun müddətini 2 həftə uzatmaq barədə xahişinə münasibət bildirib. "Fox News"un yaydığı məlumata görə, Tramp Şərif haqqında müsbət fikirlər səsləndirərək məsələni nəzərdən keçirdiyini eyham edib.

Musavat.com xəbər verir ki, ABŞ lideri açıqlamasında deyib: "Mən hələ tam məlumatlandırılmamışam, lakin bunu deyə bilərəm ki, onu çox yaxşı tanıyıram. O, hər yerdə çox hörmət edilən bir insandır".

Ağ Evin mətbuat katibi Karolin Livitt də məsələ ilə bağlı açıqlama verərək prezidentin təklifdən xəbərdar olduğunu və qısa zamanda rəsmi cavabın veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Trampın İranın enerji infrastrukturunu hədəf alan ultimatumu bu gün yerli vaxtla saat 20:00-da başa çatır və Pakistanın vasitəçiliyi ilə aparılan bu diplomatik gedişin hərbi əməliyyatları dayandırıb-dayandırmayacağı dünyanın diqqət mərkəzindədir.

Musavat.com

Chosen
20
4
musavat.com

5Sources