EN

ÇL: "Bayern" "Real"ı Madriddə "yıxdı", "Arsenal"a 1 qol bəs etdi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Mərhələnin mərkəzi oyununda "Real Madrid" ilə "Bayern Münhen" üz-üzə gəlib. İspaniya nəhəngi almanları doğma meydanda qəbul edib. Münhen təmsilçisi çətin səfərdə çətin qələbəyə sevinib.

Günün digər qarşılaşmasında isə İngiltərə Premyer Liqasının hazırki lideri "Arsenal" Portuqaliyada "Sportinq"lə qarşılaşıb. Londonlular minimal hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, 1/4-in daha iki görüşü - "Barselona" - "Atletiko Madrid" və PSJ - "Liverpul" oyunları sabah keçiriləcək. Cavab oyunları isə aprelin 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
7 aprel

"Real Madrid" (İspaniya) - "Bayern Münhen" (Almaniya) 1:2

Qollar: K.Mbappe, 74. - L.Dias, 41. H.Keyn, 46.

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) 0:1

Qol: K.Haverts, 90+1.

Chosen
19
fanat.az

1Sources