EN

Gürcü politoloqlar Azərbaycan Prezidentinin Tbilisiyə səfərini şərh ediblər VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Cənubi Qafqaz həm regional təhlükəsizlik, həm də əməkdaşlıq baxımından mühüm bir mərkəz kimi formalaşmalı və inkişaf etməlidir".

Bu barədə Prezident İlham Əliyevin Gürcüstana səfərini Baku TV-yə şərh edən gürcü politoloqlar bildiriblər.

Gürcü politoloqlar Azərbaycan Prezidentinin Tbilisiyə səfərini şərh ediblər - VİDEO

Ekspertlər dövlət başçısının səfərinin Gürcüstan üçün əlamətdar və sevindirici hadisə olduğunu deyiblər.

Politoloq Omar Ardaşeliya Azərbaycan və Gürcüstan arasında həyata keçirilən layihələrin önəmindən danışıb:

"Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm əhəmiyyət kəsb edir. Məqsəd Gürcüstan-Azərbaycan münasibətlərinin daha da gücləndirilməsidir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji əməkdaşlıq haqqında danışıqlar aparılıb. Hazırda Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirən dəmir yolu xəttinin müəyyən hissəsinin açılması əsas məsələlərdən biridir. Çünki bu gün baş verən hadisələr bir daha göstərir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti son dərəcə əhəmiyyətli və strateji baxımdan çox önəmlidir. Ən vacibi isə odur ki, bu marşrut təhlükəsizdir və hazırda onun real alternativi yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
oxu.az

1Sources