EN

Küveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"

23:57 07.04.2026
23:57 07.04.2026

Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda məlumat verilib.

Bəyanatda qeyd olunur: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağa və küçəyə çıxmamağa israrla çağırır".

Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.


Chosen
20
2
mynews.az

3Sources