EN

Baş prokurorun sabiq birinci müavini vəfat edib

Azərbaycan Ali Sovetinin sabiq deputatı Mətləb Mütəllimli vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib. Xəstəlikdən əziyyət çəkən M.Mütəllimli aprelin 7-də dünyasını dəyişib. Sabah o, Binəqədidə dəfn olunacaq.

Mərhumun 3-7 mərasimi cümə axşamı Heydər məscidində keçiriləcək.

20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar kəndində anadan olan M.Mütəllimli baş prokurorun birinci müavini vəzifəsində çalışıb. Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub. M.Mütəllimli istiqlalçı millət vəkillərindəndir. 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edən eks-deputat 22 iyun 2023-cü ilədək, təşkilat ləğv edilənənə qədər SƏP-ə sədrlik edib. Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

 

AzPost.az

Chosen
31
2
azpost.info

3Sources