EN

Bu ölkədə benzinin qiyməti rekord həddə çatdı

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Niderlandda benzin qiymətləri tarixi maksimuma yüksələrək, bir litr üçün təqribən 2.60 avro təşkil edib.

Avtosfer.az Oxu.az-a istinadən məlumat verir ki, bu göstəricilər "United Consumers" istehlakçı təşkilatının hesabatında öz əksini tapıb.

Çərşənbə axşamı olan məlumata əsasən, Niderlandda bir litr benzinin dəyəri 2.597 avroya, dizel yanacağının qiyməti isə 2.811 avroya qədər artıb.

Xatırladaq ki, Ukraynadakı münaqişənin başlanması və neftin bahalaşması nəticəsində 2022-ci ilin iyununda da ölkədə benzinin litri 2.5 avronu keçərək rekord vurmuşdu.

Avropa İttifaqı üzrə ən bahalı yanacaq qiymətlərindən birinin Niderlandda olmasına rəğmən, yerli hökumət Yaxın Şərqdəki gərginlik səbəbindən artan enerji dəyərlərinə qarşı hər hansı bir addım atmayacağını daha öncə bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
4
avtosfer.az

6Sources