EN

Niderlandda benzinin qiyməti rekord həddə çatdı

Niderlandda benzin qiymətləri tarixi maksimuma yüksələrək, bir litr üçün təqribən 2.60 avro təşkil edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu göstəricilər "United Consumers" istehlakçı təşkilatının hesabatında öz əksini tapıb.

Çərşənbə axşamı olan məlumata əsasən, Niderlandda bir litr benzinin dəyəri 2.597 avroya, dizel yanacağının qiyməti isə 2.811 avroya qədər artıb.

Xatırladaq ki, Ukraynadakı münaqişənin başlanması və neftin bahalaşması nəticəsində 2022-ci ilin iyununda da ölkədə benzinin litri 2.5 avronu keçərək rekord vurmuşdu.

Avropa İttifaqı üzrə ən bahalı yanacaq qiymətlərindən birinin Niderlandda olmasına rəğmən, yerli hökumət Yaxın Şərqdəki gərginlik səbəbindən artan enerji dəyərlərinə qarşı hər hansı bir addım atmayacağını daha öncə bəyan etmişdi.

Chosen
8
4
far.az

6Sources