EN

Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün

Kartof məsum görünsə də, ondan çox istifadə etmək təzyiq riskini artırır. Həftədə dörd porsiyanı keçmək bəzi yaş qruplarında qan şəkərini sürətlə yüksəldə bilər və damar sağlamlığına mənfi təsir göstərər.

Milli.Az xəbər verir ki, İngiltərəli pəhriz mütəxəssisi Sara Bruer xüsusilə 40 yaşdan yuxarı fərdləri maraqlandıran diqqətçəkən bir xəbərdarlıq edib. Bruerə görə, kartofun tez-tez istehlakı yüksək qan təzyiqi riskini artıra bilər, buna görə də həftəlik istehlak miqdarına diqqət yetirilməlidir.

Mütəxəssislərin fikrincə, yaş artdıqca hipertoniya riski təbii olaraq yüksəlir. Bu səbəbdən 40 yaşdan yuxarı şəxslərin qidalanma vərdişləri daha kritik əhəmiyyət kəsb edir. Sara Bruer vurğulayıb ki, həftədə dörd porsiyadan çox kartof yemək bu yaş qrupunda təzyiq üzərində mənfi təsirlər yarada bilər.

Bruerin qeyd etdiyi genişmiqyaslı araşdırmada 187 mindən çox insan iştirak edib. Tədqiqat nəticəsində məlum olub ki, müntəzəm olaraq kartof yeyən şəxslərdə, daha az yeyənlərlə müqayisədə hipertoniya inkişaf riski təxminən 11 faiz daha çoxdur. Bu nəticələr göstərir ki, kartof məsum bir qida kimi görünsə də, aşırı istehlak edildikdə sağlamlığa ciddi təsir göstərə bilər.

Kartofun bişirildikdən sonra yüksək qlisemik indeksə malik olması da mühüm risk faktoru hesab olunur. Bu vəziyyət qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olaraq damar sağlamlığına zərər verə bilər.

Hipertoniya çox vaxt əlamət vermədən irəlilədiyi üçün Sara Bruer onu "səssiz qatil" adlandırıb. O xatırladıb ki, əlamətlər adətən xəstəlik ciddi səviyyəyə çatdıqda ortaya çıxır. Bu mərhələdə ürək döyüntüsü, sidikdə qan və şiddətli baş ağrıları kimi problemlər müşahidə oluna bilər.

Lalə Qüdrətova
Milli.Az

Chosen
3
1
milli.az

10Sources